AZ

Messi amili: Argentina millisi bu ölkədə oynamaq üçün görün nə qədər pul alıb

Anqola Futbol Federasiyası noyabrın 14-də Argentina yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyununa görə qarşı tərəfə 12 milyon avro ödəyəcək.

Publika.az xəbər verir ki, bu məbləğ Lionel Messinin iştirakına görə müəyyən olunub və ev sahibləri üçün qarşılaşma milli bayram səviyyəsində hadisə olacaq.

Lionel Skaloninin komandası əvvəlcə məşqlər keçmək üçün İspaniyaya yollanacaq, daha sonra isə Luandaya gedəcək. Gözlənilir ki, bu yoldaşlıq oyununu stadionda 48 mindən çox azarkeş izləyəcək.

Əvvəlcə Argentina yığması Hindistanın Kerala şəhərində yoldaşlıq görüşü keçirməli idi. “Ağ-göylər” bu ölkədə böyük populyarlığa malikdir. Lakin səfər izah edilməyən səbəblərə görə ləğv olunub.

Seçilən
7
5
publika.az

6Mənbələr