AZ

Messi bu göstəricidə rekordçu oldu

BAKI, 15 oktyabr. TELEQRAF

Argentina yığması yoldaşlıq oyununda səfərdə Puerto-Rikonu 6:0 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, qarşılaşmada komandanın kapitanı Lionel Messi iki qol ötürməsi ilə yadda qalıb və bununla da beynəlxalq futbol tarixində ən çox məhsuldar ötürmə edən oyunçu adını qazanıb.

Hazırda Messinin Argentina millisinin heyətində ümumilikdə 60 qol ötürməsi var. O, bu göstəricidə braziliyalı Neymarı (58 məhsuldar ötürmə) və amerikalı Landon Donovanı (58 məhsuldar ötürmə) geridə qoyur.

Seçilən
36
5
teleqraf.com

7Mənbələr