ABŞ-ın Alyaska ştatı sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 291 min nəfərin yaşadığı Ankoric şəhərindən 177 km şimalda, ocağı isə 23 km dərinlikdə yerləşib.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan edilməyib.
"Cebheinfo.az"