ABŞ-ın Alyaska ştatının sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 291 min nəfərin yaşadığı Ankoric şəhərindən 177 km şimalda yerləşib. Ocaq 23 km dərinlikdə olub. pizza hut
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Telegram kanalımız
 
                        