AZ

Ukrayna Oryol İES-i vurdu

Rusiyanın Oryol şəhərində dron zərbəsi nəticəsində istilik elektrik stansiyasının ərazisinə dağıntılar qeydə alınıb.

Musavat.com xəbər verir ki, stansiyanın ərazisində başlayan yanğın oradan qidalanan ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.Oryol vilayətinin qubernatoru Andrey Kliçkov Telegramda bildirib ki, xəsarət alan yoxdur və elektrik enerjisi demək olar ki, tamamilə bərpa olunub: "Hava hücumundan müdafiə bölmələri düşmənin daha bir hava hücumunu dəf edir. Pilotsuz təyyarənin vurulması nəticəsində dağıntılar Oryol İstilik Elektrik Stansiyasının ərazisinə düşüb və elektrik avadanlıqlarına ziyan vurub”.

Qubernator obyektdə heç bir itki və ya yanğın olmadığını iddia etsə də, ərazidə yaşayan sakinlərin sosial hesablarında paylaşılan videolarda stansiyada güclü yanğın olduğu açıq görünür.

Qubernator ehtiyat xətlər hesabına əraziyə elektrik verilişinin demək olar ki, bərpa olunduğunu qeyd edib.

Qeyd edək ki, dünən Rusiya Ukrayna Slavyanskında İES-ə zərbə endirib, 2 energetik həlak olub.

Musavat.com

Seçilən
4
36
musavat.com

10Mənbələr