AZ

SSRİ-də doğulan şəxs MOSSAD şefi olacaq

İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi olan general-mayor Roman Hofman MOSSAD-ın yeni rəhbəri postuna əsas namizəd kimi göstərilir.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Walla" portalı məlumat yayıb.

“Təhlükəsizlik sistemindəki mənbələrin bildirdiyinə əsasən, MOSSAD rəhbərliyinə əsas namizəd hazırda Baş nazirin hərbi katibi vəzifəsini icra edən general-mayor Roman Hofmandır”, - nəşr yazıb.

MOSSAD rəhbərinin standart vəzifə müddəti 4 ildir, lakin baş nazir bu müddəti 1 il uzatmaq səlahiyyətinə malikdir. Hazırkı rəhbər David Barnea 2025-ci ilin 1 iyununda postunu tərk etməli idi, lakin hazırda uzadılmış müddət çərçivəsində fəaliyyətini davam etdirir.

Roman Hofman 1976-cı ildə Belarusun Mozyr şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb.

O, İsrail Müdafiə Qüvvələrinin (IDF) müxtəlif yüksək komandir vəzifələrində çalışıb:

- 75-ci batalyonun komandiri

- “Etsion” regional briqadasının rəhbəri

- 7-ci tank briqadasının komandiri və digər bölmələrdə xidmət edib.(Publika)

Seçilən
6
4
olke.az

5Mənbələr