AZ

SSRİ də doğulan şəxs MOSSAD şefi olacaq

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi olan general-mayor Roman Hofman MOSSAD-ın yeni rəhbəri postuna əsas namizəd kimi göstərilir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Walla" portalı məlumat yayıb.

“Təhlükəsizlik sistemindəki mənbələrin bildirdiyinə əsasən, MOSSAD rəhbərliyinə əsas namizəd hazırda Baş nazirin hərbi katibi vəzifəsini icra edən general-mayor Roman Hofmandır”, - nəşr yazıb.

MOSSAD rəhbərinin standart vəzifə müddəti 4 ildir, lakin baş nazir bu müddəti 1 il uzatmaq səlahiyyətinə malikdir. Hazırkı rəhbər David Barnea 2025-ci ilin 1 iyununda postunu tərk etməli idi, lakin hazırda uzadılmış müddət çərçivəsində fəaliyyətini davam etdirir.

Roman Hofman 1976-cı ildə Belarusun Mozyr şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb.

O, İsrail Müdafiə Qüvvələrinin (IDF) müxtəlif yüksək komandir vəzifələrində çalışıb:

- 75-ci batalyonun komandiri

- “Etsion” regional briqadasının rəhbəri

- 7-ci tank briqadasının komandiri və digər bölmələrdə xidmət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
4
axar.az

5Mənbələr