AZ

“Əlimlə deyirəm “dayan”, qaza basır” – Gəncənin Əziz Əliyev prospektində niyə qəzaların sayı-hesabı yoxdur? – VİDEO

Gəncə şəhəri, Əziz Əliyev prospektində yaşayan bir qrup sakin evlərinin yaxınlığından keçən yolda avtomobillərin sürətlə hərəkət etməsi və bunun tez-tez qəzalara səbəb olmasından şikayətlənirlər.

Vətəndaşların sözlərinə görə, piyada zolağına məhəl qoymayan sürücülərə görə onlar təhlükə ilə üz-üzə qalırlar.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər sürət həddinin tənzimlənməsi üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

“Burada dəfələrlə dəhşətli qəzalar baş verib. Uşaqlar məktəbə gedib-gələ bilmirlər. Yolun o tərəfindən bu tərəfinə qışqırırlar ki, bizi keçirin. Sürücüyə əlinlə işarə edirsən ki, dayansın, qaza basır”, – deyə sakin Ramal Hüseynov narazılığını bildirib.

Daha ətraflı videomaterialda:

Seçilən
16
2
nocomment.az

3Mənbələr