AZ

“Əlimlə deyirəm “dayan“, qaza basır“ Gəncənin Əziz Əliyev prospektində niyə qəzaların sayı hesabı yoxdur? VİDEO

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Gəncə şəhəri, Əziz Əliyev prospektində yaşayan bir qrup sakin evlərinin yaxınlığından keçən yolda avtomobillərin sürətlə hərəkət etməsi və bunun tez-tez qəzalara səbəb olmasından şikayətlənirlər.

Vətəndaşların sözlərinə görə, piyada zolağına məhəl qoymayan sürücülərə görə onlar təhlükə ilə üz-üzə qalırlar.

Məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər sürət həddinin tənzimlənməsi üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

"Burada dəfələrlə dəhşətli qəzalar baş verib. Uşaqlar məktəbə gedib-gələ bilmirlər. Yolun o tərəfindən bu tərəfinə qışqırırlar ki, bizi keçirin. Sürücüyə əlinlə işarə edirsən ki, dayansın, qaza basır", - deyə sakin Ramal Hüseynov narazılığını bildirib.

Daha ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
2
moderator.az

3Mənbələr