AZ

İki il əvvəl bağçada azyaşlını döyən dayə işdən çıxarılıb

Tovuzda iki il əvvəl bağçada azyaşlıya şiddət göstərən dayə işdən çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu gün sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb.

Məlumata görə, araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub.

İdarədən bildirilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə bu gün müvafiq əmrlə işdən azad edilib.

Seçilən
22
11
xezerxeber.az

10Mənbələr