Tovuzun Qovlar şəhərində yerləşən 2 nömrəli evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi müəllim işdən azad olunub. Bu barədə Qazax-Tovuz regional təhsil idarəsindən anews.az-a bildirilib.
"Bu gün sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub. Bildiririk ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib", - məlumatda deyilir.
Gülnar Nazimqızı
 
                        