Sumqayıtda zəncirvari qəza olub, 4 avtomobil toqquşub- FOTO
                    
                        Ajans.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb. Hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan "Land Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Changan", "VAZ-2106" və "Hyundai" markalı avtomobillərə çırpılıb. Zərbənin təsirindən "Land Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib. Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir. 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
