AZ

Sumqayıtda zəncirvari qəza oldu

Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 4 avtomobil toqquşub.

Metbuat.az Reporat-a istinadən xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan "Land Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Changan", "VAZ-2106" və "Hyundai" markalı avtomobillərə çırpılıb.

Zərbənin təsirindən "Land Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.

Seçilən
5
7
metbuat.az

8Mənbələr