AZ

Paşinyan: “Ermənistan və Azərbaycan tranzit üçün bir-birinin ərazisindən istifadə edə bilməlidir”

“Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. Bu reallıqdır və biz bunu praktikada görür,  hiss edirik”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bunu 8-ci Paris Sülh Forumunda müzakirə zamanı bildirib:

"Bu, ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə 8 avqustda Vaşinqtonda keçirilən sammitin nəticəsi kimi bərqərar olub. Bir daha Prezident Trampa minnətdarlığımızı bildirmək istəyirəm. Biz sülh gündəliyi üzərində işləyirik, amma onun şəxsi iştirakı olmadan düşünmürəm ki, bu gün əldə etdiyimizə nail ola bilərdik”.

Paşinyan Vaşinqton görüşünü xatırladıb:

“Bilirsiniz ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik və Prezident Tramp şahid kimi onu imzaladı. Xarici işlər nazirlərimiz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini ABŞ Prezidentinin, Azərbaycan Prezidentinin və mənim iştirakımla parafladılar. 

Bu, təkcə Azərbaycanla ikitərəfli münasibətlərimizdə deyil, həm də bütövlükdə regionumuzda həqiqətən tarixi bir dəyişiklikdir. İlk dəfə olaraq Cənubi Qafqazda iqtisadi əməkdaşlıq mərhələsinə qədəm qoymaq, təkcə dinc deyil, həm də çiçəklənən bir bölgəyə sahib olmaq üçün real fürsət əldə edirik. 

Xüsusən də Vaşinqtonda qəbul edilmiş sülh bəyannaməsində ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan regional əlaqələr müddəası olduğunu nəzərə alsaq, bu, real fürsətdir", - deyə o bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan və ABŞ ölkədə "Tramp Yolu" proqramını ikitərəfli şəkildə həyata keçirəcəklər: 

"Bu, Ermənistan və ABŞ arasında ikitərəfli proqramdır. Azərbaycanla əlaqə çox vacibdir, çünki bizim şərqdən qərbə çıxışımız olmalıdır. Həm Ermənistan, həm də Azərbaycan buna ehtiyac duyur, çünki bu halda rabitə kanalları vasitəsilə bir-birimizə çıxışımız olmalıdır”.

O bildirib ki, ölkəsi ABŞ ilə fəal şəkildə işləyir.

“Burada çox vacib bir nüans var. Regional əməkdaşlıq həm Ermənistan, həm də Azərbaycan bir-birinin ərazisindən daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün istifadə edə biləcəklər. Bu, o deməkdir ki, ərazimizdən beynəlxalq tranzit üçün yeni bir marşrut açılacaq. Bu, beynəlxalq ticarət baxımından bölgəmizdəki vəziyyəti dəyişə bilər”, - deyə Paşinyan bildirib.

Seçilən
4
3
cebheinfo.az

4Mənbələr