AZ

Azərbaycanla əlaqə çox vacibdir! - Nikol Paşinyan

“Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub: bu, reallıqdır və biz onu praktikada görür, hiss edirik”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda müzakirələr zamanı bildirib:

"Sülh ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə 8 avqustda Vaşinqtonda keçirilən sammitin nəticəsi olaraq bərqərar olub. Bir daha Prezident Trampa minnətdarlığımızı bildirmək istəyirəm, çünki əlbəttə ki, biz sülh gündəliyi üzərində işləyirik, amma onun şəxsi iştirakı olmadan düşünmürəm ki, bu gün əldə etdiyimizə nail ola bilərdik.

Bilirsiniz ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik və Prezident Tramp şahid kimi onu imzaladı. Xarici işlər nazirlərimiz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini ABŞ Prezidentinin, Azərbaycan Prezidentinin və mənim iştirakımda parafladılar. Bu, təkcə Azərbaycanla ikitərəfli münasibətlərimizdə deyil, həm də bütövlükdə regionumuzda həqiqətən tarixi bir dəyişiklikdir, çünki ilk dəfə olaraq Cənubi Qafqazda iqtisadi əməkdaşlıq mərhələsinə qədəm qoymaq, təkcə dinc deyil, həm də çiçəklənən bir bölgəyə sahib olmaq üçün real fürsət əldə edirik, xüsusən də Vaşinqtonda qəbul edilmiş sülh bəyannaməsində ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan regional əlaqələrin açılması müddəası olduğunu nəzərə alsaq", - deyə o bildirib.

N.Paşinyan qeyd edib ki, Ermənistan və ABŞ Ermənistan Respublikasında "Tramp Yolu" proqramını ikitərəfli şəkildə həyata keçirəcəklər.

"Bu, Ermənistan və ABŞ arasında ikitərəfli proqramdır, lakin Azərbaycanla əlaqə çox vacibdir, çünki bizim şərqdən qərbə çıxışımız olmalıdır. Həm Ermənistan, həm də Azərbaycan buna ehtiyac duyur, çünki bu halda rabitə kanalları vasitəsilə bir-birimizə çıxışımız olmalıdır.

Biz ABŞ ilə fəal şəkildə işləyirik və çox vacib bir nüans var: regional əməkdaşlıq, başa düşdüyümüz kimi, həm Ermənistan, həm də Azərbaycan bir-birinin ərazisindən daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün istifadə edə biləcəklər. Bu o deməkdir ki, ərazimizdən beynəlxalq tranzit üçün yeni bir marşrut açılacaq və mövcud qlobal təchizat zənciri böhranı nəzərə alınmaqla, bu, beynəlxalq ticarət baxımından vəziyyəti, eləcə də bölgəmizdəki vəziyyəti dəyişə bilər”, - deyə Paşinyan bildirib.

Seçilən
2
3
modern.az

4Mənbələr