BAKI, 30 oktyabr. TELEQRAF
Ermənistan ilə Türkiyə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulması artıq zaman məsələsidir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün 8-ci Paris Sülh Forumu çərçivəsində müzakirələr zamanı bildirib.
Nikol Paşinyan qeyd edib ki, hazırda prosesin qarşısını alan ciddi maneələr yoxdur:
"Yaxın gələcəkdə Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və normal qonşulara çevriləcək".