RU

Paşinyan: Ermənistan-Türkiyə münasibətlərinin normallaşması zaman məsələsidir

BAKI, 30 oktyabr. TELEQRAF

Ermənistan ilə Türkiyə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulması artıq zaman məsələsidir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün 8-ci Paris Sülh Forumu çərçivəsində müzakirələr zamanı bildirib.

Nikol Paşinyan qeyd edib ki, hazırda prosesin qarşısını alan ciddi maneələr yoxdur:

"Yaxın gələcəkdə Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və normal qonşulara çevriləcək".

Избранный
22
teleqraf.com

1Источники