Zəngilan. Trend:
Media nümayəndələri Prezidenti İlham Əliyev oktyabrın 28-dəaçılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsiilə tanış olublar.
Trend-inQarabağ bürosunun xəbərinə görə, Cəbrayıl, Qubadlı, Zəngilanrayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətləəlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva görülən işlər barədəjurnalistlərə məlumat verib.
O bildirib ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyəveriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdievlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tiplibinalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isəikiotaqlı mənzil inşa edilib.
Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış vəqeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdəkombilər quraşdırılıb.
Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. ParkAğalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıqistirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkınərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqlarınistirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şəraityaradılıb.
Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.