AZ

“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasına qələbə ilə başlayıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” əsas mərhələdə ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, 7-ci qrupda yer alan ölkə çempionu I tur matçında Rumıniyanın “Yunayted Qalati” kollektivi ilə qarşılaşıb.

Qalati şəhərində yerləşən Dunarea İdman Sarayında keçirilən matç Naxçıvan klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Seçilən
19
3
azertag.az

5Mənbələr