Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün əsas mərhələdə ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, 7-ci qrupda yer alan ölkə çempionu I tur matçında Rumıniyanın “Yunayted Qalati” kollektivi ilə qarşılaşacaq.
Qalati şəhərində yerləşən Dunarea İdman Sarayında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
 
                        