AZ

İtaliya A Seriyası: "Yuventus" Tudorsuz ilk matçında qələbəyə sevindi

İtaliya A Seriyasının 9-cu turunun növbəti oyunları çərçivəsində "Yuventus" - "Udineze" matçı keçirilib.

Moderator.az xəbər verir ki, İqor Tudorun baş məşqçi postundan qovulmasından sonra ilk qarşılaşmasına çıxan "Yuventus" qələbə qazana bilib - 3:1.

Turin təmsilçisinə qalibiyyət gətirən qolları Duşan Vlahoviç (penaltidən), Federiko Qatti və Kenan Yıldız (penaltidən) vurublar.

Qonaqların təsəlli qoluna isə Nikolo Zaniolo imza atıb.

Bu nəticə ilə "Yuventus" xallarını 15-ə çatdıraraq, turnir cədvəlində beşinci pilləyə yüksəlib. Aktivində 12 xal olan "Udineze" 9-cu yerdə qalıb.

Seçilən
20
1
moderator.az

3Mənbələr