AZ

İtaliya A Seriyası: Yuventus Tudorsuz ilk matçında qələbəyə sevindi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliya A Seriyasının 9-cu turunun növbəti oyunları çərçivəsində "Yuventus" - "Udineze" matçı keçirilib.

Oxu.Az xəbər verir ki, İqor Tudorun baş məşqçi postundan qovulmasından sonra ilk qarşılaşmasına çıxan "Yuventus" qələbə qazana bilib - 3:1.

Turin təmsilçisinə qalibiyyət gətirən qolları Duşan Vlahoviç (penaltidən), Federiko Qatti və Kenan Yıldız (penaltidən) vurublar.

Qonaqların təsəlli qoluna isə Nikolo Zaniolo imza atıb.

Bu nəticə ilə "Yuventus" xallarını 15-ə çatdıraraq, turnir cədvəlində beşinci pilləyə yüksəlib. Aktivində 12 xal olan "Udineze" 9-cu yerdə qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
oxu.az

3Mənbələr