AZ

BŞİH keçmiş “Sovetski”də tarixi binaların söküntüsü ilə bağlı məlumatlara aydınlıq gətirib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxtəlif media orqanlarında keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, qeyd edilən ərazidə rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət daşıyan digər tikililərin söküntüsü nəzərdə tutulmayıb.

Hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə, söküntü sözügedən binada deyil, ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub.

“Sonda bir daha media qurumlarına müraciət edərək xahiş edirik ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir”, - deyə açıqlamada qeyd olunur.(azərtac)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
42
bizimyol.info

10Mənbələr