Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı iddialara aydınlıq gətirib.
"Yeni Sabah" xəbər verir ki, rəsmi dövlət reyestrinda olan heç bir tarixi binanın sökülmədiyi diqqətə çatdırılıb:
"Hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli-31 ünvanında yerləşən binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub”. Sezar pizza
Telegram kanalımız