AZ

Bu xanım aparat rəhbəri təyinOLUNDU

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni aparat rəhbəri təyin edilib.

Redaktor.az xəbər verir ki, bu vəzifəyə Yuliya Oleqovna Pasternak təyinat alıb.

2020-2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik edib.

Daha sonra isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri vəzifəsini bundan öncə Fuad Xəlilov icra edib.

Onun İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəyə Yuliya Pasternak seçilib.

Seçilən
43
14
redaktor.az

10Mənbələr