AZ

“İçərişəhər” DTMQİ yə yeni aparat rəhbəri təyin edildi FOTO

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə (DTMQİ) yeni aparat rəhbəri təyin edilib.

Gununsesi.info-nun məlumatına görə, bu vəzifə Pasternak Yuliya Oleqovnaya həvalə edilib.

Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilinin bakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti üzrə tamamlayıb.

Əmək fəaliyyətinə 2009-cu ildə başlayıb, 11 il ərzində ölkənin bank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışaraq strateji maliyyə planlaşdırılması, büdcə nəzarəti və risklərin idarə olunması üzrə təcrübə qazanıb. 2020-2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik edib, daha sonra isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri vəzifəsini bundan öncə Fuad Xəlilov icra edib. Onun DTMQİ-nin İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəyə Yuliya Pasternak təsdiq edilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
14
icma.az

10Mənbələr