AZ

“Qarabağ”ın oyununa biletlər satışa çıxdı – İticket.az çökdü

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarıldıqdan sonra İticket.az saytında problem yaranıb.

Tribunainfo.az xəbər verir ki, hazırda bilet almaq istəyənlər sayta daxil olmaqda çətinlik çəkir.

15:00-da biletlərin satışa çıxarılmasından sonra yaranan problem 1 saatdır ki, davam edir.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 5-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qafqazinfo

Seçilən
25
6
tribunainfo.az

7Mənbələr