AZ

“Qarabağ”ın oyununa biletlər satışa çıxdı- İticket.az çökdü

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarıldıqdan sonra İticket.az saytında problem yaranıb.

Hazırda bilet almaq istəyənlər sayta daxil olmaqda çətinlik çəkir. 

15:00-da biletlərin satışa çıxarılmasından sonra yaranan problem 1 saatdır ki, davam edir. 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 5-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Seçilən
27
6
musavat.com

7Mənbələr