AZ

Türkiyənin məşhur klubuna transfer qadağası tətbiq edildi

FİFA Türkiyənin “Sivasspor” klubunu cəzalandırıb. Metbuat.az xəbər verir ki, FİFA “Sivasspor”a 3 transfer pəncərəsi üçün transfer qadağası tətbiq edib. Məlumata görə, “Sivasspor” FİFA-nın oyunçu qeydiyyatı qadağaları ilə üzləşən dünya üzrə klubların siyahısında yer alıb. Bildirilir ki, “Sivasspor”un maliyyə mübahisələri və ya tənzimləmə pozuntuları kimi müxtəlif pozuntulara görə yeni oyunçuları qeydiyyatdan keçirməsi qadağan edilib.

Qeyd edək ki, “Sivasspor” ötən mövsüm Türkiyə Super Liqasından kənarlaşdırılıb.

Seçilən
11
9
metbuat.az

10Mənbələr