Türkiyənin “Sivasspor” klubu transfer qadağası ilə üzləşib.
Paralel.az xəbər verir ki bu barədə FIFA qərar qəbul edib. 1-ci Liqada çıxış edən bölgə təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.
“Sivasspor”da Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik də çıxış edir.
Komanda 1-ci Liqada 14 xalla 11-ci pillədə qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta