AZ

Ceyhun Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində bu ölkənin Kral Ofisinin naziri General Sultan bin Məhəmməd əl-Nomani ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
 
Qeyd edilir ki, görüş zamanı Azərbaycan və Oman arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
 
Tərəflər ticarət, investisiya, təhsil, turizm və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
 
Nazirlər, həmçinin, BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlar çərçivəsində fəal əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdiriləcəyini bildiriblər.
 
Görüşdə Yaxın Şərqdə mövcud regional təhlükəsizlik vəziyyəti də müzakirə edilib, bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün birgə səylərin vacibliyi vurğulanıb.

 

Seçilən
57
13
moderator.az

10Mənbələr