İngiltərədə 31 yaşlı fermer at milçəyi dişləməsindən bir neçə həftə sonra həyatını itirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Endryu Keyn adlı gənc əvvəlcə dişləməni görməzlikdən gəlsə də, kiçik yara qısa zamanda ölümcül infeksiyaya çevrilib.
Dişləmədən sonra Keynin qolunda səpgi və yüngül qaşınma əmələ gəlib. Həkimin məsləhəti ilə o antibiotiklər qəbul edib. Lakin bir neçə həftə sonra Keyn çöldə olarkən qəfil yerə yıxılıb. O, xəstəxanaya aparılıb. Məlum olub ki, Keynin bədəninə sepsis (qan zəhərlənməsi) yayılıb.
Beş həftə komada qalan kişinin bütün orqanları bir-bir sıradan çıxıb. Bütün müdaxilələrə baxmayaraq Keyn həyatını itirib.
Seymur Əli