BAKI, 29 oktyabr. TELEQRAF
“Rusiya-Ukrayna münaqişəsini həll etmək mümkün olacaq”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Amerika lideri qeyd edib ki, indiyədək ümumilikdə səkkiz müharibəni dayandırmağa nail olub:
“Yeganə münaqişə, hansını ki, hələlik həll edə bilmədik — Rusiya ilə Ukrayna arasındadır. Amma bu da həll olunacaq. Düşünürdüm ki, bu, Putinlə olan münasibətlərim sayəsində asan olacaq, amma hər şey bir qədər fərqli alındı. Amma inanıram ki, bu məsələ də həll ediləcək.
“Kim düşünərdi ki, Yaxın Şərqdə sülhə nail ola bilərik, amma Rusiya və Ukrayna məsələsində hələ. Yaxın Şərqdə sülh əldə etmək mümkünsüz görünürdü”.