BAKI, 28 oktyabr. TELEQRAF
“Rusiya-Ukrayna müharibəsini Yaxın Şərqdəki münaqişələri bitirmək qədər asan deyil”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Detallara girməyəcəm, amma səkkiz ayda səkkiz müharibəni bitirdik. Bir də artıq yoldadır. Düşünürdüm ki, Ukrayna münaqişəsini Yaxın Şərqdəki kimi asanlıqla bitirəcəyik. Yaxın Şərqdə əla iş gördük. Zənn edirdim ki, Ukrayna və Rusiya ilə də asan olacaq”, - o qeyd edib.
ABŞ lideri bildirib ki, belə düşünməsinin səbəbi Rusiya Prezidenti Vladimir Putinlə münasibətləridir. Tramp hesab edir ki, bu müharibə onun dayandırdığı doqquzuncu müharibə olacaq, amma hazırda bu söyləri çox da uğurlu alınmır.
Donald Trmap əlavə edib ki, bir tərəf sülhə meyllənməyə başlasa, prosesi tamamlayacaq.