Bakı. Trend:
Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı –Respublika Günü münasibətilə həmkarı Rəcəb Tayyib Ərdoğanı və bütünTürkiyə xalqını ürəkdən təbrik edib, ən səmimi və xoş arzularınıçatdırıb.
Trend xəbər verir ki, təbrikməktubunda qeyd edilib: “Sizin həyata keçirdiyiniz uzaqgörən vəqətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yenizirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalqməsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır.Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal vəprinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləriTürkiyəyə dünyada böyük nüfuz və etimad qazandırmışdır. Biz qardaşölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik.
Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət,iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyəmünasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissidoğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinəyüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha dadərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin vəardıcıl birgə səylərimizin parlaq ifadəsidir. Bu gün dünyadabənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi vəmüttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha vəəməkdaşlığa xidmət edən mühüm amildir.
Oktyabrın əvvəlində Türk Dövlətləri Təşkilatı Dövlət BaşçılarıŞurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Qəbələyəsəfərinizi ən xoş təəssüratlarla xatırlayıram. Sizin TürkDünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzununartırılması istiqamətində əzmkar fəaliyyətinizi xüsusi qeyd etməkistərdim.
Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş və zamanınsınağından çıxmış qardaşlıq münasibətlərimizin və səmərəliəməkdaşlığımızın xalqlarımızın iradəsinə uyğun olaraq daha dagenişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizibundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.
Prezident İlham Əliyev belə bir əlamətdar gündə Rəcəb TayyibƏrdoğana möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətindəuğurlar, qardaş Türkiyə Respublikasına və xalqına daiməmin-amanlıq, rifah və firavanlıq arzulayıb.