AZ

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Şahmurov dəfn olunub

Bakı. Trend:

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi MübarizAğahüseyn oğlu Şahmurov oktyabrın 28-də Bakının Nizami rayonununKeşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Trend xəbərverir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxiliİşlər nazirliklərinin əməkdaşları, Nərimanov, Nizami, SuraxanıRayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları,şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə DövlətHimnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhunadualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələridüzülüb. Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidinyaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi M. Şahmurov1963-cü il iyunun 12-də Sabirabad rayonunun Navdan kəndində anadanolub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonu istiqamətindəgedən döyüşlərdə itkin düşüb. M.Şahmurov Birinci Qarabağmüharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətlərimüəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.

Seçilən
31
11
az.trend.az

10Mənbələr