Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.
Day.Az xəbər verir ki, iclasda Komissiyanın fəaliyyətinin ötən dövr üzrə nəticələri nəzərdən keçirilib.
Həmçinin 2024-2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb.
Bundan əlavə, sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində konkret nəticələr və irəliləyişlər qeyd edilib.