AZ

Azərbaycan və Belarus arasında əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası müzakirə edilib

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və BelarusRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə BirgəHökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasaAzərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədriSamir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini,Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Trend-inməlumatına görə, iclasda Komissiyanın fəaliyyətinin ötən dövr üzrənəticələri nəzərdən keçirilib.

Həmçinin 2024-2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə YolXəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb.

Bundan əlavə, sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhərtəsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika,ticarət və investisiya sahələrində konkret nəticələr vəirəliləyişlər qeyd edilib.

Seçilən
6
5
az.trend.az

6Mənbələr