AZ

"Zirə"nin futbolçusu Premyer Liqada 100-cü matçını keçirib

"Zirə"nin futbolçusu Ceyhun Nuriyev Premyer Liqada 100-cu matçını keçirib.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi bunu Misli Premyer Liqasının IX turunda "Sumqayıt"la ev matçında (1:0) reallaşdırıb.

O, qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, hesabında 11 qol olan C.Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. 2020/2021 mövsümündə "Sabah"da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), "Zirə"də 54 (7 qol) dəfə şans qazanıb.

"Qaziantep" – "Fənərbaxça" matçı bu kanallarda - TV Afişa

Millimiz növbəti yoldaşlıq görüşünü keçirəcək

Qurban Qurbanov: “Xarici hakimlərə ehtiyacımız yoxdur”

“Sabah” beynəlxalq turnirin qalibi olub

“Kəpəz” “qış təmizliyinə” hazırlaşır – iki legionerlə yollar ayrılacaq

Seçilən
24
11
apasport.az

10Mənbələr