Misli Premyer Liqasının IX turunda "Sumqayıt"a qarşı oyun “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün yubiley olub.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Azərbaycan milli komandasının üzvü qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.
İndiyə qədər 11 qola imza atan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. Premyer Liqada 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb.