AZ

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

27 oktyabr

Kosovo (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)

Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda. Saat 14:00

Baş hakim: Briet Braqadottir (İslandiya)

Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova)

Dördüncü hakim: Oleq Stoyanov (Moldova)

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
3
icma.az

6Mənbələr