17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
QOL.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
27 oktyabr
14:00. Kosovo (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)
Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda.
Baş hakim: Briet Braqadottir (İslandiya)