AZ

Putinin nümayəndəsini yalançı adlandırdı

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev sadəcə, Rusiyanın təbliğatçısıdır.

Olaylar.az xəbər verir ki, bunu CBS News-a verdiyi müsahibədə ABŞ Maliyyə Naziri Skott Bessent deyib.

O, Vladimir Putinin baş danışıqçısının ABŞ sanksiyalarının Rusiya iqtisadiyyatına təsiri barədə yalan danışdığını vurğulayıb.

Aparıcı Marqaret Brennan Bessentdən Dmitriyevin ABŞ sanksiyalarının guya "Rusiya iqtisadiyyatına heç bir təsir göstərməyəcəyi" barədə açıqlamasına münasibət bildirməsini istəyib. ABŞ Maliyyə naziri Moskvanın nəticələrini dərhal hiss edəcəyinə əmin olduğunu deyib: "Sizə deyə bilərəm ki, Hindistan artıq Rusiya neftini almağı tamamilə dayandırıb. Bir çox Çin neft emalı zavodu da dayandırıb. Marqaret, həqiqətən də rus təbliğatçısının dediklərini dərc edəcəksən? Başqa nə deyə bilər? Hər şeyin dəhşətli olacağını və bunun Putini danışıqlar masasına məcbur edəcəyinimi?"

ABŞ Maliyyə naziri əlavə edib ki, Ukraynaya qarşı tammiqyaslı müharibə zamanı Rusiyanın iqtisadi artımı praktik olaraq sıfırlanıb. Onun sözlərinə görə, inflyasiya səviyyəsi 20 faizi keçib: "Etdiyimiz hər şey Putini danışıqlar masasına məcbur edəcək. Neft Rusiya müharibə maşınını maliyyələşdirir və düşünürəm ki, onun mənfəətini əhəmiyyətli dərəcədə azalda bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
1
olaylar.az

10Mənbələr