AZ

Putinin xüsusi nümayəndəsi: “ABŞ, Ukrayna və Rusiya diplomatik həllə çox yaxındır”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında gedən gizli danışıqlar nəticəsində tərəflər müharibəyə son qoya biləcək diplomatik razılaşmaya getdikcə yaxınlaşır.

CBizimyol.info xəbər verir ki, Dmitriyev 24 oktyabrda Vaşinqtona səfəri zamanı ABŞ rəsmiləri ilə görüşmək üçün gəldiyini və əsas məqsədin “sülh istiqamətində konkret irəliləyiş əldə etmək” olduğunu qeyd edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşü, Trampın əvvəlcə dediyi kimi, tamamilə ləğv edilməyib — sadəcə, təxirə salınıb və yaxın gələcəkdə baş tuta bilər. “Mən inanıram ki, Rusiya, ABŞ və Ukrayna artıq real diplomatik həll yoluna çox yaxındır. Tərəflər arasında birbaşa dialoq bərpa olunub və müəyyən razılıq məqamları artıq formalaşır,” – deyə Dmitriyev bildirib.

Xatırladaq ki, Tramp və Putinin Budapeştdə keçirilməsi planlaşdırılan sammiti, Rusiyanın atəşkəsi dərhal qəbul etməməsi səbəbindən təxirə salınmışdı. ABŞ prezidenti bəyan etmişdi ki, “diplomatik səylərdə irəliləyiş görünmədiyi üçün görüşü bu mərhələdə keçirmək düzgün olmaz”.

Bununla belə, Dmitriyev optimist çıxış edərək vurğulayıb ki, danışıqlar “pərdəarxası səviyyədə” davam edir və “hər üç tərəf artıq müharibənin sonsuz davam edə bilməyəcəyini anlayır”. O, təfərrüatlara varmasa da, razılaşmanın “bölgədə sabitliyi təmin edəcək və iqtisadi əməkdaşlığa yeni imkanlar yaradacaq” bir sənəd ola biləcəyini istisna etməyib.

Məlumat üçün qeyd edək ki, Kirill Dmitriyev həm də Rusiyanın dövlət investisiya fondu – Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəridir və Kreml ilə Qərb arasında iqtisadi dialoqun bərpasında mühüm rol oynayan şəxslərdən sayılır. Onun bu bəyanatı, son aylarda ABŞ-ın Rusiya neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalar fonunda səslənməsi, ekspertlər tərəfindən “Moskvanın diplomatik çıxış yolu axtardığının göstəricisi” kimi qiymətləndirilir.

Bir çox beynəlxalq müşahidəçilər Dmitriyevin açıqlamasını ehtiyatla qarşılayaraq bildiriblər ki, bu, ya Moskvanın diplomatik manevri, ya da həqiqətən də yeni danışıqlar mərhələsinin başlanğıcı ola bilər. ABŞ tərəfi isə hələlik bu bəyanata rəsmi reaksiya verməyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
19
icma.az

10Mənbələr