AZ

Moskvaya yaxın ərazidə 30 pilotsuz uçuş aparatı vurulub

Rusiya paytaxtı regionunda dron təhlükəsi rejimi qüvvədə qalır...

Moskva istiqamətində uçan növbəti Ukrayna mənşəli pilotsuz uçuş aparatı (PUA) Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Poliqon xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Max” messencerində məlumat paylaşıb.

Merin sözlərinə görə, son bir neçə saat ərzində paytaxt istiqamətində uçan 30-cu dron da vurulub. Hadisə nəticəsində zərərçəkən və ya dağıntı barədə məlumat yoxdur. Moskva vilayəti və ətraf regionlarda PUA təhlükəsi rejimi qüvvədə saxlanılır. Yerli sakinlərə evlərini tərk etməmək və rəsmi xəbərdarlıqlara əməl etmək tövsiyə olunur.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, son sutkada hava hücumundan müdafiə qüvvələri müxtəlif bölgələrdə Ukrayna Silahlı Qüvvələrinə məxsus onlarla pilotsuz təyyarəni məhv edib. Nazirliyin məlumatına görə, cəmi dörd saat ərzində — saat 16:00-dan 20:00-a qədər — Belqorod vilayəti üzərində 19, Kaluqa bölgəsində iki, Moskva regionunda isə bir dron vurulub.

Bundan əlavə, Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa axşam saatlarında bölgəyə yönəlmiş üç dronun da hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini və hadisə nəticəsində xəsarət alan olmadığını bildirib.

Poliqon.info

Seçilən
59
50
poliqon.info

10Mənbələr