AZ

Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçirildi

Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhəri, M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə təşkil edilib. Pepperoni pizza

İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 10 nəfər iştirak edib. 9 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.


Telegram kanalımız
Seçilən
12
7
yenisabah.az

8Mənbələr