AZ

Bu gün Naxçıvan MR nın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İmtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhəri, M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə təşkil edilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 10 nəfər iştirak edib. 9 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
7
apa.az

8Mənbələr