AZ

Abubakar oyuna daxil oldu, qol vurdu, Neftçi qalib gəldi

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasının IX turunda "Neftçi" səfərdə "Qəbələ" ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, “Neftçi” “Qəbələ”ni 2-0 hesabı ilə məğlub edib.

"Neftçi"nin heyətində İfeanyi Metyu (71-ci dəqiqə) və yeni transfer, dünyaca məşhur kamerunlu hücumçu Vensan Abubakar (81-ci dəqiqə) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Neftçi" turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. "Qəbələ" isə 5 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Sabah" matçı heç-heçə bitib - 2:2.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
9
axar.az

10Mənbələr