AZ

Neftçi qələbə qazandı

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının IX turunda "Neftçi" "Qəbələ" üzərində qələbə qazanıb.

"Unikal" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin heyətində İfeanyi Metyu (71-ci dəqiqə) və yeni transfer, dünyaca məşhur kamerunlu hücumçu Vensan Abubakar (81-ci dəqiqə) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Neftçi" turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. "Qəbələ" isə 5 xalla 10-cudur.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Sabah" matçı heç-heçə bitib - 2:2.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
9
unikal.az

10Mənbələr