Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb. Avtosfer.az-ın məlimatına görə, hadisə Ələt-Astara magistral yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sadıqova Xədicə Ağakərim qızının idarə etdiyi "Changan" markalı avtomobil KİA markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Changan"ın sürücüsü, habelə digər avtomobildə olan şəxslər - Salyan rayon sakinləri; 1999-cu il təvəllüdlü Alxanov Babək Əlifağa oğlu, 1989-cu il təvəllüdlü Mayılov Şamxal Ələsgər oğlu, 1986-cı il təvəllüdlü Bayramov Saməddin Əlişal oğlu və 1997-ci il təvəllüdlü Bayramov Mahir Qalib oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.




